Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 10:27
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış həkim komissiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların profilaktik tibbi müayinəsi təşkil olunub.
Bu barədə Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən xəbər verilib.
Bildirilib ki, müayinələrdə Y. Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin, Şərur Regional Tibb Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin, Ağız və Diş Sağlamlığı Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının və Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin mütəxəssisləri, eləcə də digər tibb işçiləri iştirak ediblər.
Tibbi aksiya çərçivəsində 35 məhkum nevroloji, 30 məhkum ultrasəs müayinəsindən (USM), 15 məhkum dermatoloji, 25 məhkum isə uroloji müayinədən keçirilib. İnfeksiyaların aşkarlanması məqsədilə 95 məhkumdan qan nümunələri götürülüb.
Bununla yanaşı, 97 nəfər flüoroqrafik müayinədən keçirilib. Onlardan 92-si məhkum, 5-i isə müəssisənin əməkdaşı olub. Müayinə nəticəsində bir məhkumda şübhəli əlamət aşkar edildiyindən əlavə müayinə üçün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə yönləndirilib.
24 məhkumda stomatoloji müayinələr aparılıb. Kardioloji müayinədən keçirilən 26 məhkumdan 12-nə elektrokardioqrafiya (EKQ) müayinəsi aparılıb.
Müayinələrin nəticələrinə əsasən, ciddi xəstəlik halı aşkarlanmayıb. Müxtəlif ixtisaslar üzrə müayinə olunan məhkumlara sağlamlıq vəziyyətlərinə uyğun tibbi tövsiyələr verilib, zəruri hallarda ambulator müalicə təyin edilib.
Hər il keçirilən tibbi müayinələrin əsas məqsədi məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması, ixtisaslı tibbi xidmətlə təmin olunması və zəruri müalicə tədbirlərinin müəyyənləşdirilməsidir
Bu bölməyə aid digər xəbərlər
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib
16.10.2026 | 19:12
Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub
14.10.2026 | 16:07
Qobustan RMX-da təlim: “Tibb işçilərinin etik davranış qaydaları”
14.10.2026 | 12:01
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18

