Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 13:16
Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov Qırğızıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanasının dəvəti ilə Bişkek şəhərinə rəsmi səfər edib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Klinikadan xəbər verilib.
 
Bildirilib ki, səfər çərçivəsində həmin klinik xəstəxananın 80 illik yubileyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak edib, Bişkek şəhərində yerləşən xəstəxanaya baş çəkərək burada yaradılmış şərait və tibbi xidmətlərin təşkili ilə tanış olub. Bununla yanaşı, o, yubiley tədbirləri çərçivəsində keçirilən “İnsan sağlamlığı naminə ənənələrin və innovasiyaların birləşdirilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimində çıxış edib.
 
Səfərin mühüm nəticələrindən biri Qırğızıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumunun imzalanması olub. Bu sənəd iki ölkənin tibb müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və səhiyyə sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 
Səfərin sonunda Qırğızıstan tərəfinə göstərilən yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə dərin təşəkkür bildirilib. Səfərin xoş təəssüratlarla yadda qaldığı vurğulanıb, bu cür qarşılıqlı səfərlərin Azərbaycan və Qırğızıstan arasında əlaqələrin, xüsusilə də səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
 Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub   
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı