ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
16.10.2026 15:54

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli İstanbul Nişantaşı Universitetinin rektoru, professor Ayşegül Komşuoğlu Çıtıpıtıoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, görüşdə iki universitet arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq akademik əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, eləcə də birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin beynəlxalq əlaqələr strategiyası və bu istiqamətdə həyata keçirilən müxtəlif təşəbbüslər barədə məlumat verib. Professor Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyi çərçivəsində həyata keçirilən “Orhun” mübadilə proqramının əhəmiyyətini xüsusi vurğulayaraq, akademik heyət və tələbə mübadiləsinin ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib.

 

ATU-nun Türkiyənin 40-dan çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin olduğunu da xatırladan rektor bu tərəfdaşlıqların təcrübə mübadiləsi və qarşılıqlı inkişaf baxımından əhəmiyyətinə diqqət çəkib.

 

Gəray Gəraybəyli İstanbul Nişantaşı Universiteti ilə əvvəlki əməkdaşlıq memorandumu üzrə müddətin artıq başa çatdığını, bununla belə tərəfdaşlığın yeni istiqamətlər üzrə davam etdirilməsinə müsbət yanaşıldığını da nəzərə çatdırıb. O, universitetlər arasında qabaqcıl təcrübənin paylaşılmasının, qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılmasının və akademik əlaqələrin davamlı inkişafının vacibliyini vurğulayıb.

 

İstanbul Nişantaşı Universitetinin rektoru, professor Ayşegül Komşuoğlu Çıtıpıtıoğlu iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektivli istiqamətlərin mövcud olduğunu diqqətə çatdırıb. O, rəhbərlik etdiyi universitetin ATU ilə müxtəlif sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib və birgə həyata keçirilə biləcək təşəbbüslər barədə fikirlərini bölüşüb.

 

Görüşdə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə təmsilçiliyinin universitetlərin inkişafına təsiri, akademik heyət və tələbələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda tərəflər əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə yeni memorandumun istiqamətlərinin ətraflı müzakirə edilməsi və müvafiq razılıq əldə olunduqdan sonra imzalanması barədə razılığa gəliblər.

ÇOX OXUNANLAR
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
 Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub   
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı