Uşaqlarda epilepsiya üzrə klinik protokolun təqdimatına həsr olunmuş elmi-praktik konfrans keçirilib
16.10.2026 10:10

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya və tibbi genetika kafedrasının birgə təşkilatçılığı ilə “Uşaqlarda epilepsiya üzrə klinik protokolun təqdimatı”na həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, tədbir uşaqlarda epilepsiyanın diaqnostikası, təsnifatı, müalicəsi və uzunmüddətli idarə olunması üzrə hazırlanmış klinik protokolun təqdim edilməsi, səhiyyə mütəxəssislərinin protokolun tətbiqi ilə bağlı bilik və bacarıqlarının artırılması məqsədi daşıyıb. Konfransın məqsədləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) “Yaxşı səhiyyə və rifah” (Məqsəd 3) və “Keyfiyyətli təhsil” (Məqsəd 4) istiqamətlərinə uyğun olaraq, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsinə və davamlı tibbi təhsilin dəstəklənməsinə yönəlib.

 

İSİM-in Metodiki şöbəsinin müdiri Billurə Yusifova, tibb elmləri doktoru, professor, ATU-nun Nevrologiya və tibbi genetika kafedrasının müdiri Aytən Məmmədbəyli, tibb üzrə fəlsəfə doktorları dosent Nailə Abbasova,assistent Sona Əliyeva, Mədinə Tağıyeva ,  eləcə də baş laborant Ülkər Mürsəlova,  assistent Samirə İsmayılova və dissertant Günel Lətifova geniş təqdimatla çıxış ediblər.

 

Çıxışlarda neonatal və infantil dövrlərin, uşaqlıq və yeniyetməlik yaşlarının epileptik sindromları, epilepsiyanı təqlid edən qeyri-epileptik paroksizmal vəziyyətlər, epilepsiya və neyroinkişaf pozğunluqları və digər mövzular barədə ətraflı məlumat verilib. Klinik halların müzakirəsi zamanı xəstəliyin müxtəlif təzahürləri və diaqnostik yanaşmalar diqqətə çatdırılıb.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib