Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb  
18.10.2026 15:38

Avstraliyanın Kvinslend Universitetinin alimləri Parkinson xəstəliyi ilə əlaqəli demensiyanın erkən əlamətlərini aşkar etməyə kömək edən yeni görmə testləri hazırlayıblar.

 

Aztibb.az news.uq.edu.au-ya istinadla xəbər verir ki, “Neurology” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, yeni testlər görmə məlumatlarının emalındakı pozuntuları müəyyən etməyə imkan verir. Bu pozuntular xəstəliyin digər əlamətlərindən əvvəl ortaya çıxa bilər.

 

Araşdırma göstərib ki, Levi cisimcikləri ilə əlaqəli demensiyası olan insanlarda görmə problemləri Altsheymer xəstəliyi olanlarla müqayisədə daha qabarıqdır. Həmçinin görmə ilə bağlı çətinliklərlə vizual hallüsinasiyalar arasında əlaqə aşkarlanıb.

 

Tədqiqatçılar hesab edirlər ki, yeni testlər xəstəliyin daha erkən müəyyənləşdirilməsinə və diaqnozun vaxtında qoyulmasına kömək edə bilər.

ÇOX OXUNANLAR
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər