Görmə məhdudiyyətli şəxslər üçün “TwoEyes” layihəsi Tibb fakültəsinin tələbələrinə təqdim edilib    
15.10.2026 14:25
Naxçıvan Dövlət Universitetinin “Elektronika və energetika mühəndisliyi” kafedrasının müəllimi Asim Abdullanın müəllifi olduğu “TwoEyes” layihəsi universitetin Tibb fakültəsinin tələbələrinə təqdim edilib.
 
NDU-dan Aztibb.az-a bildirilib ki, görmə məhdudiyyətli şəxslərin müstəqil hərəkət imkanlarını genişləndirmək və gündəlik həyatlarını asanlaşdırmaq məqsədi daşıyan layihə müasir texnologiyalar əsasında hazırlanıb. Proqram istifadəçilərə ətraf mühitdə istiqamətlənmək, qarşılaşdıqları maneələr barədə məlumat almaq və zərurət yarandıqda operativ dəstək əldə etmək imkanı yaradır.
 
“TwoEyes” proqramı 24 saat fəaliyyət göstərən canlı operator dəstəyini, xüsusi naviqasiya sistemini və şəxsi assistent funksiyalarını birləşdirir. Səsli təlimatlar və digər texnoloji imkanlar vasitəsilə istifadəçilərin ətraf mühitdə daha təhlükəsiz və rahat hərəkət etməsi hədəflənir.
 
Təqdimat zamanı tibb və mühəndislik sahələri arasında əməkdaşlığın inklüziv texnoloji həllərin hazırlanmasındakı əhəmiyyəti vurğulanıb. Layihənin praktiki tətbiqi istiqamətində tibb mütəxəssisləri, mühəndislər, proqramçılar və tələbələrdən ibarət multidissiplinar işçi qrupunun yaradıldığı bildirilib.
 
Qeyd edək ki, “TwoEyes” layihəsi görmə məhdudiyyətli şəxslərin müstəqilliyinin artırılmasına, onların sosial həyata fəal inteqrasiyasına və inklüziv cəmiyyətin inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur.
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı
 Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır