Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
18.10.2026 10:57

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində tədbirlər davam etdirilir.

 

ETKİ-dən Aztibb.az-a verilən xəbərə görə, institutun direktoru, professor Gülnaz Dadaşova stasionar şöbələrdə palatalara baxış keçirərək pasiyentlərin sağlamlıq vəziyyəti, müalicə prosesi və onlara yaradılmış şəraitlə yaxından tanış olub. Baxış zamanı pasiyentlərlə və tibb heyəti ilə görüş keçirilib, göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Daha sonra avqust ayının əvvəlindən fəaliyyətə başlayan könüllülərlərin fəaliyyəti ilə tanışlıq olub. Könüllülər institutda pasiyentlərin və onların yaxınlarının məlumatlandırılması, istiqamətləndirilməsi, eləcə də xəstəxanada olduqları müddətdə onlara dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərir.

İnstitut rəhbərliyi könüllülərin fəaliyyətinin pasiyentyönümlü xidmətlərin inkişafına və tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

ÇOX OXUNANLAR
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər