Genital infeksiyaların diaqnostikası müzakirə olunub
13.10.2026 09:11

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Genital sistem infeksiyalarının diaqnostikasında müasir laborator metodların tətbiqi və klinik-diaqnostik əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, tədbirdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Klinik-diaqnostik laboratoriyasının müdiri Leyla Həşimova genital sistem infeksiyalarının müasir laborator diaqnostikası və klinik əhəmiyyəti barədə məruzə ilə çıxış edib.

 

Məruzəçi genital infeksiyaların qlobal səhiyyənin aktual problemlərindən biri olduğunu, onların əhəmiyyətli hissəsinin simptomsuz keçdiyini və vaxtında aşkarlanmadıqda reproduktiv sağlamlıq üçün ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıb. Bu baxımdan, törədicilərin dəqiq müəyyənləşdirilməsinin, xüsusilə ənənəvi kultivasiya üsulları ilə aşkarlanması çətin olan mikroorqanizmlərin diaqnostikasında molekulyar metodların tətbiqinin vacibliyi qeyd edilib.

 

Seminarda laborator müayinələrin preanalitik mərhələsində yol verilən xətaların nəticələrin etibarlılığına təsiri, bioloji materialların düzgün götürülməsi, saxlanılması və daşınması, müayinə metodlarının klinik göstərişlərə uyğun seçilməsi və nəticələrin düzgün interpretasiyası müzakirə olunub. Həmçinin antimikrob rezistentlik, diaqnostik proseslərin standartlaşdırılması, laborator müayinələrin keyfiyyətinin yüksəldilməsi və laborator nəticələrin klinik qərarvermədə rolu diqqət mərkəzində olub.

 

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalı, Neftçilər Xəstəxanası, Uroloji Xəstəxana, Universal Hospital, LUX International, İnci Laboratoriyaları, Prime Hospital və digər tibb müəssisələrinin laboratoriya rəhbərləri və müvafiq sahə üzrə mütəxəssislər iştirak ediblər. İştirakçılar müasir diaqnostik texnologiyaların tətbiqi, praktik fəaliyyətdə qarşılaşılan çətinliklər və klinik həkimlərlə laboratoriya mütəxəssisləri arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

 

Seminar laborator diaqnostika sahəsində müasir elmi yanaşmaların və praktiki təcrübənin paylaşılması, eləcə də klinik-laborator əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyıb.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Suraxanı Tibb Mərkəzində “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 BBSM-da sığorta sahəsində işin təşkili və məsul şəxslərin vəzifələri ilə bağlı təlim keçirilib