Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Debat Klubunun yeni üzvləri üçün təlim və şou-debat təşkil olunub.
ATU-dan Aztibb.az-a bildirilib ki, təlim zamanı iştirakçılara debatın yeni formatının qaydaları ətraflı izah edilib, debat prosesinin əsas prinsipləri və müzakirə mədəniyyəti haqqında məlumat verilib.
Tədbirin davamında keçirilən şou-debat zamanı tələbələr nəzəri bilikləri praktiki şəkildə müşahidə etmək, debatın gedişatını yaxından izləmək və yeni formatın tətbiqini öyrənmək imkanı əldə ediblər.
İnteraktiv şəraitdə baş tutan təlim və şou-debat yeni üzvlərin debat mühitinə uyğunlaşmasına, müzakirə bacarıqlarının inkişafına və klubun fəaliyyətini daha yaxından tanımalarına töhfə verib.
ATU Debat Klubu tələbələrin intellektual inkişafını, tənqidi düşünmə və effektiv ünsiyyət bacarıqlarını dəstəkləyən fəaliyyətlərini davam etdirir.

