1300 həkim-rezidentin iştirakı ilə dövri attestasiya keçirilib
11.10.2026 16:09

Azərbaycan Tibb Universitetində (ATU) rezidentura təhsilinin keyfiyyətinin qiymətləndirilməsi və həkim-rezidentlərin peşəkar hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dövri attestasiya keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, attestasiyada 53 klinik bazanı təmsil edən, 16 ixtisas üzrə təhsil alan 1300 həkim-rezident iştirak edib.

 

Attestasiyanın gedişini ATU-nun tədris işləri üzrə prorektoru, professor Anar Ağayev və Rezidentura və magistratura departamentinin rəhbəri İlhamə Mustafayeva izləyiblər.

 

Rezidentura təhsilinin mühüm qiymətləndirmə mərhələlərindən biri olan dövri attestasiya həkim-rezidentlərin ixtisasları üzrə nəzəri biliklərinin və peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsinə, təhsil müddətində əldə etdikləri bilik və bacarıqların sistemli şəkildə dəyərləndirilməsinə imkan yaradır. Eyni zamanda, bu proses rezidentlərin peşəkar inkişafının izlənilməsi və klinik fəaliyyətə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

 

Müxtəlif ixtisasları və klinik bazaları əhatə edən attestasiya rezidentura təhsilində keyfiyyətə nəzarətin, obyektiv qiymətləndirmənin və ardıcıl monitorinqin əhəmiyyətini ön plana çıxarır. Belə qiymətləndirmə mexanizmləri həkim-rezidentlərin hazırlıq səviyyəsinin müəyyənləşdirilməsinə, tədris prosesinin təkmilləşdirilməsinə və gələcək tibb mütəxəssislərinin peşəkar kompetensiyalarının inkişafına töhfə verir.

 

Azərbaycan Tibb Universiteti yüksəkixtisaslı tibbi kadrların hazırlanması, rezidentura təhsilinin keyfiyyətinin artırılması və müasir səhiyyənin tələblərinə uyğun peşəkar həkimlərin yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər tibbi təhsildə keyfiyyətin davamlı yüksəldilməsinə və səhiyyə sisteminin ixtisaslı kadr potensialının gücləndirilməsinə xidmət edir.

 

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır