Avropa Komissiyası koronavirusa qarşı peyvənd sifarişi üzrə altıncı müqavilə imzalayıb
25.11.2020 12:48

Avropa Komissiyası koronavirus əleyhinə vaksinin öncədən sifarişi üzrə sayca altıncı müqaviləni imzalayıb.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasından olan mənbənin məlumatına görə, bu dəfə müqavilə “Moderna” kompaniyası ilə bağlanıb. Beləliklə, qurum vaksinin öncədən sifarişi üzrə portfelin formalaşdırılmasını başa çatdırıb.

 

Qurumun rəhbəri Ursula fon der Lyayenin yaxın vaxtlarda bu barədə rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Avropa Komissiyasının vaksinasiya strategiyasına “AstraZeneca”, “Sanofi – GSK”, “Johnson & Johnson”, “BioNTech – Pfizer”, “CureVac” və “Moderna” kimi qərb kompaniyaları ilə öncədən sifariş barədə müqavilələrin imzalanması daxildir. Əgər bütün həmin kompaniyalar öz vaksinlərini hazırlayıb bazara çıxara bilsə, Avropa İttifaqı ümumilikdə 2 milyard vaksin dozası əldə edəcək. Lakin hələlik onların istehsalının real imkanları və çatdırılma vaxtı qeyri-müəyyən olaraq qalır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub