ATU-nun nümayəndə heyəti Türkiyədə beynəlxalq tibb konqresində iştirak edir
11.10.2026 12:47

Azərbaycan Tibb Universitetinin (ATU) müəllim və tələbələrdən ibarət nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən IV Beynəlxalq Türkdilli Ölkələr Tibb Konqresində iştirak edir.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, konqres türkdilli ölkələrin tibb mütəxəssislərini və gənc tədqiqatçılarını bir araya gətirərək elmi təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq üçün imkan yaradır.

 

ATU-nu konqresdə II Müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli, Ümumi cərrahlıq kafedrasının müdiri Elçin Ağayev, dosent Asiman Həsənov, tibb elmləri doktoru, dosent Müşviq Həsənov, eləcə də II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) fəal üzvü, III kurs tələbəsi Röyal Kazımov, Stomatologiya fakültəsinin startap sədri, TEC və “Enactus” komandasının üzvü, IV kurs tələbəsi Jalə Zeynallı təmsil edirlər.

 

Konqres çərçivəsində ATU-nun müəllim və tələbələri elmi məruzələrlə çıxış edərək öz tədqiqatlarını beynəlxalq auditoriyaya təqdim ediblər. Bu çıxışlar universitetin elmi potensialının nümayişi, tələbələrin tədqiqat fəaliyyətinə marağının artırılması və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

 

Tədbirin proqramında təcili tibbin aktual problemlərinə xüsusi diqqət ayrılıb. Təcili tibbi yardım zamanı rast gəlinən qanaxmalar, travmalar və tənəffüs pozulmaları ilə bağlı seminarlar və praktiki məşğələlər keçirilib. Bu mövzular üzrə bilik və bacarıqların təkmilləşdirilməsi tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Konqresin diqqətçəkən nəticələrindən biri də ATU tələbələrinin türkdilli dövlətlərin “Gənc Tibbi Tədqiqatçılar” birliyinin idarə heyətinə üzv seçilmələridir. Bu uğur tələbələrin beynəlxalq elmi platformalarda təmsilçiliyinin genişlənməsinə, gənc tədqiqatçılar arasında əlaqələrin möhkəmlənməsinə və gələcək əməkdaşlıq imkanlarının artmasına şərait yaradır.

 

ATU nümayəndə heyətinin konqresdə iştirakı sağlamlığın qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsini nəzərdə tutan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü məqsədi – “Sağlamlıq və rifah”, eləcə də bilik və peşəkar bacarıqların inkişafını təşviq edən 4-cü məqsəd – “Keyfiyyətli təhsil” istiqamətləri ilə uzlaşır. Beynəlxalq təcrübə mübadiləsi, praktiki təlimlər və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması bu məqsədlərə töhfə verməklə yanaşı, gələcək tibb mütəxəssislərinin peşəkar inkişafını da dəstəkləyir.

 
 
 

 

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Oromandibulyar distoniya nədir?
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
İSİM-in bir qrup işçisi təltif olunub
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 BBSM-da sığorta sahəsində işin təşkili və məsul şəxslərin vəzifələri ilə bağlı təlim keçirilib    
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər