Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb
09.10.2026 10:59

Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nadir rast gəlinən, yüksəkdəqiqlikli diaqnostika və mürəkkəb cərrahi yanaşma tələb edən böyrəküstü vəz törəməsinin minimal invaziv üsulla uğurlu müalicəsi həyata keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, 43 yaşlı qadın pasiyent son bir il ərzində təkrarlanan və kəskin arterial təzyiq yüksəlmələri ilə müşayiət olunan şikayətlərlə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Müxtəlif epizodlarda onun arterial təzyiqinin 220–230 millimetr civə sütununa qədər yüksəldiyi müəyyən olunub.

 

Pasiyentin klinik vəziyyəti nəzərə alınaraq aparılan hərtərəfli instrumental və laborator müayinələr nəticəsində sol böyrəküstü vəz nahiyəsində 7,5 santimetr ölçüdə törəmə aşkarlanıb.

 

Törəmənin hormonal aktivliyini qiymətləndirmək məqsədilə xüsusi laborator müayinələr, o cümlədən metanefrinlərin təyini həyata keçirilib. Müayinələrin nəticələri, klinik göstəricilər və instrumental müayinələrin məlumatları kompleks şəkildə qiymətləndirildikdən sonra cərrahi müalicənin aparılmasına qərar verilib.

 

Pasiyentə Tədris Cərrahiyyə Klinikasında soltərəfli laparoskopik adrenalektomiya əməliyyatı icra olunub. 80 dəqiqə davam edən əməliyyat uğurla başa çatıb. Əməliyyatın açıq cərrahi girişə keçid olmadan, tam laparoskopik üsulla tamamlanması xüsusi diqqət çəkir.

 

Klinik halın mürəkkəbliyini şərtləndirən əsas amillərdən biri törəmənin 7,5 santimetr ölçüdə olmasıdır. Böyük ölçülü adrenal törəmələrdə laparoskopik əməliyyat texniki baxımdan daha mürəkkəb olur və yüksək cərrahi təcrübə tələb edir.

 

Əməliyyat Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev tərəfindən həyata keçirilib. Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda o, həkim nəzarətindədir və müvafiq konservativ müalicə tədbirləri davam etdirilir.

 

Bu klinik hadisə Azərbaycan Tibb Universitetinin yüksəkixtisaslı mütəxəssis potensialını, müasir tibbi-diaqnostik imkanlarını və minimal invaziv cərrahiyyə sahəsində formalaşmış peşəkar təcrübəsini nümayiş etdirən əhəmiyyətli nümunələrdən biridir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
Gəncədə