Gələcək stomatoloqlarla klinik fəaliyyət və davamiyyət müzakirə edildi
06.10.2026 16:56

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsində bütün kurslar üzrə qrup nümayəndələrinin iştirakı ilə görüş keçirilib. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə fakültənin dekanı, dosent Elmira Əliyeva tələbələrin tədris prosesi, davamiyyəti, universitetdaxili qaydalara əməl olunması və klinik fəaliyyəti ilə bağlı mühüm məsələlərə toxunub. Əsas diqqət V kurs tələbələrinin klinik fəaliyyət imkanlarına yönəldilib. Tələbələrə həkim-rezidentlərin nəzarəti və rəhbərliyi altında xəstə qəbulu prosesində iştirak etmək imkanları barədə ətraflı məlumat verilib. 

 

Görüş zamanı dərslərdə mütəmadi iştirakın və davamiyyət qaydalarına ciddi əməl olunmasının vacibliyi vurğulanıb. Tələbələrə tədris prosesinə məsuliyyətli yanaşmağın onların peşəkar hazırlığında mühüm rol oynadığı bildirilib. I kurs tələbələrinə isə xüsusi tövsiyələr verilib. Onlara universitetin daxili intizam və tədris qaydaları ilə ətraflı tanış olmaları, müəyyən edilmiş tələblərə məsuliyyətlə yanaşmaları və tələbəlik fəaliyyətlərini bu qaydalara uyğun təşkil etmələri tövsiyə olunub. 

 

Görüşün davamında tələbələrin sual və müraciətləri dinlənilib. Tədris prosesi və fakültənin fəaliyyəti ilə bağlı qaldırılan məsələlərə ətraflı izahatlar verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasında təlim: “Tibb işçilərinin peşəkar davranış qaydaları”   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb