70 illik tarixdən yeni mərhələyə: ATU Stomatologiya fakültəsinin yubiley konfransı
04.10.2026 16:02

13 noyabr 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, 70 illik fəaliyyəti ərzində zəngin elmi-pedaqoji və klinik ənənələr formalaşdıran Stomatologiya fakültəsi yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi məktəbin inkişafına və Azərbaycan stomatologiyasının tərəqqisinə mühüm töhfələr verib.

 

Yubiley konfransında stomatologiyanın müasir inkişaf istiqamətləri, aktual elmi tədqiqatlar, müasir diaqnostika və müalicə metodları, innovativ klinik yanaşmalar və elmi nailiyyətlərin praktik səhiyyədə tətbiqi imkanları müzakirə olunacaq.

 

Tədbir çərçivəsində stomatologiyanın müxtəlif sahələri üzrə elmi məruzələr dinləniləcək, qabaqcıl klinik təcrübə və elmi nəticələr paylaşılacaq, mütəxəssislər arasında fikir və təcrübə mübadiləsi aparılacaq.

 

70 illik elmi irsin müasir stomatologiyanın yeni inkişaf istiqamətləri ilə bir araya gətirildiyi konfrans professor-müəllim heyəti, praktik həkimlər, rezidentlər və tələbələr arasında elmi varisliyin və peşəkar əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma olacaq.

 

Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva professor-müəllim heyətini, praktik həkimləri, rezidentləri və tələbələri fakültənin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda iştirak etməyə dəvət edir.

 

Daha ətraflı: https://amu.edu.az/news/6156/70-illik-tarixden-yeni-merheleye-atu-stomatologiya-fakultesinin-yubiley-konfransi 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasında təlim: “Tibb işçilərinin peşəkar davranış qaydaları”   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib