Vitaminlər qandakı səviyyəsi yoxlanıldıqdan sonra qəbul edilməlidir
24.11.2020 18:41

Sağlam yaşamaq üçün ekoloji cəhətdən təmiz, tərkibi vitaminlərlə zəngin məhsulların qəbulu vacibdir. Lakin elə məqamlar var ki, təbii yolla müxtəlif ərzaqlardan alınan vitaminlər kifayət etmir, əlavə vitaminlərə də tələbat yaranır.

 

Aztibb.az xəbər verir ki, bunu Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “A vitamini görmə fəaliyyətinin tənzimlənməsində, dəridə quruluğun aradan qaldırılmasında və tüklərin tökülməsinin qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir. S vitamini antioksidantdır, bədəndən zərərli radikalların təmizlənməsində iştirak edir. B qrupu vitaminləri orqanizmdə sinir sisteminin normal fəaliyyəti, beyin və bədənin bütün sinirlərinin fəaliyyətini tənzimləməyə xidmət edir. Həmin vitaminləri qidalarla yanaşı iynə və həb şəklində də qəbul etmək mümkündür”.

 

A vitamini yerkökü, paxlalı bitkilər, meyvə-tərəvəzin, S vitamini isə kərəviz, alma və portağalın tərkibində daha çoxdur. Qidadan kənar vitamin qəbulu zamanı isə bəzi vacib məqamlar nəzərə alınmalıdır.

 

Həkim-terapevt deyib: “Əslində həmin vitaminlərin miqdarını qanda yoxlamaq, onların səviyyəsini müəyyənləşdirmək və sonra həmin vitaminləri qəbul etmək lazımdır. Həb şəklində olan vitaminləri gün ərzində səhər yeməkdən sonra bir dəfə qəbul edilir. İnyeksiya şəklində olanlar isə gündə bir dəfə dəri altına vurulur”.

 

Sağlam olmaq üçün ilin bütün fəsillərində qida rasionunun düzgün təşkilinə fikir vermək və mütəxəssis məsləhətinə əməl etmək vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib