Tibbdə süni intellekt üçün yeni platforma: ATU-da “AI in Medicine Innovation” proqramı hazırlanır  
03.10.2026 16:35

Azərbaycan Tibb Universitetinin (ATU) Data Analitika və Süni İntellekt Laboratoriyasında “AI in Medicine Innovation” proqramının hazırlanmasına həsr olunmuş növbəti işçi iclas keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, görüşdə Data Analitika və Süni İntellekt Laboratoriyasının, Elmi tədqiqatların idarə olunması departamentinin Startap və kommersiallaşdırma şöbəsinin əməkdaşları, Tibbi və bioloji fizika kafedrasının nümayəndələri, eləcə də universitetin klinikalarından müxtəlif ixtisaslar üzrə klinisistlər iştirak ediblər.

 

Multidissiplinar formatda keçirilən iclasda proqramın elmi, klinik, texnoloji və innovativ istiqamətləri müzakirə olunub. Data Analitika və Süni İntellekt Laboratoriyasının rəhbəri, dosent İsmayıl Qafarov və Startap və Kommersiallaşdırma Şöbəsinin rəhbəri, dosent Ayət Cəfərovanın iştirakı ilə proqramın konsepsiyası, təlim və praktiki komponentləri, iştirakçıların hazırlanması, layihələrin formalaşdırılması və inkişaf mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Müzakirələrdə klinisistlərin iştirakı xüsusi əhəmiyyət daşıyıb. Belə ki, proqram çərçivəsində ilk növbədə tibbi praktikada mövcud real problemlərin müəyyənləşdirilməsi və onların data-analitika və süni intellekt vasitəsilə həlli imkanlarının araşdırılması nəzərdə tutulur.

 

İşçi qrupun əsas vəzifələrindən biri proqrama qoşulacaq həkimlər, tədqiqatçılar, rezidentlər, magistrantlar və tələbələr üçün xüsusi hazırlıq proqramının formalaşdırılmasıdır. Proqram iştirakçılara tibbdə süni intellekt (AI) və data-analitikanın tətbiq imkanlarını öyrənməklə yanaşı, klinik problemi düzgün formalaşdırmaq və onu perspektivli layihəyə çevirmək üçün zəruri ilkin bilik və bacarıqlar qazandıracaq.

 

Hazırlıq proqramının əsas xüsusiyyəti multidissiplinar təlim modelidir. Mühazirə və praktiki məşğələlərin mövzudan asılı olaraq klinisistlər, data-analitiklər, süni intellekt və startap mütəxəssislərinin birgə iştirakı ilə keçirilməsi planlaşdırılır. Bu model iştirakçılara eyni problemi tibbi, texnoloji, data-analitika və innovasiya baxımından kompleks şəkildə qiymətləndirməyə imkan verəcək.

Proqram çərçivəsində nəzəri biliklər praktiki fəaliyyətlə paralel aparılacaq. İştirakçılar klinik problemlərin müəyyənləşdirilməsi, tibbi datanın xüsusiyyətlərinin təhlili, AI əsaslı həllərin hazırlanması, nəticələrin interpretasiyası və validasiyası, eləcə də ilkin prototiplərin formalaşdırılması mərhələlərindən keçəcəklər.

 

Növbəti mərhələdə innovativ ideyalar üzrə açıq çağırışın keçirilməsi və layihələrin ilkin validasiyası planlaşdırılır. Daha perspektivli ideya və komandalar “AI in Medicine Ideathon” mərhələsinə cəlb olunacaq. İdeya marafonunun nəticələrinə əsasən formalaşan komandaların mini-inkubasiya proqramında mentor dəstəyi ilə layihələrini inkişaf etdirməsi və nəticələri “Demo Day” çərçivəsində təqdim etməsi nəzərdə tutulur.

 

“AI in Medicine Innovation” proqramı çərçivəsində klinisistlərin tibbi təcrübəsi, tədqiqatçıların elmi yanaşması, data-analitik və AI mütəxəssislərinin texnoloji imkanları, startap mütəxəssislərinin isə innovasiya və kommersiyalaşdırma üzrə təcrübəsinin vahid layihə mühitində birləşdirilməsi hədəflənir.

 

Proqramın əsas məqsədi universitet daxilində AI və data-analitika üzrə yeni bilik və bacarıqlar formalaşdırmaq, real klinik problemlər ətrafında multidissiplinar komandalar yaratmaq və perspektivli ideyaları elmi-innovativ layihələrə çevirməkdir. Uğurlu layihələrin növbəti mərhələlərdə elmi tədqiqat, prototip və proqram məhsulu, patent, qrant və startap istiqamətlərində inkişaf etdirilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş