ATU professoru FDI Ümumdünya Stomatoloji Konqresində Azərbaycanı təmsil edib  
03.10.2026 16:58

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq stomatologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyeva Praqada keçirilən “FDI Ümumdünya Stomatoloji Konqresi – 2026”-da Azərbaycanı təmsil edib. 

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Beynəlxalq Stomatoloqlar Federasiyası və Çex Stomatoloji Palatasının birgə təşkilatçılığı ilə keçirilən konqresdə professor Rəna Əliyeva Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) prezidenti və ASA nümayəndə heyətinin rəhbəri kimi iştirak edib. 

 

Beynəlxalq tədbir çərçivəsində ATU professoru FDI Dünya Stomatoloji Parlamentinin iclaslarında və Baş Assambleyada fəal iştirak edib. Müzakirələr zamanı Azərbaycanın stomatologiya sahəsində həyata keçirilən elmi tədqiqatlar, görülən işlər, təhsil müəssisələri ilə əməkdaşlıq və milli stomatoloji assosiasiyanın fəaliyyəti barədə məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. 

 

Konqresin proqramına uyğun olaraq R.Əliyeva Avropa Regional Təşkilatının (ERO) Plenar Sessiyası və işçi qruplarının iclaslarında da iştirak edib. Görüşlərdə Avropa stomatologiya təşkilatları arasında peşəkar və regional əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyət imkanları və sahə üzrə aktual məsələlər müzakirə olunub. 

 

ASA prezidenti, həmçinin Milli Əlaqələndiricilər (NLO) Forumunda iştirak edərək Azərbaycanın ağız və diş sağlamlığı sahəsində həyata keçirdiyi tədbirlər barədə beynəlxalq həmkarlarına məlumat verib. Təqdimat zamanı hesabat dövründə Assosiasiyanın gördüyü işlər, o cümlədən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan seminar və vorkşoplar diqqətə çatdırılıb. 

 

Beynəlxalq tədbir çərçivəsində qadın stomatoloqların peşəkar inkişafı və əməkdaşlığının dəstəklənməsinə həsr olunmuş Dünya üzrə Qadın Stomatoloqların İllik Toplantısı da keçirilib. 140-dan çox iştirakçının qatıldığı toplantıda qadın stomatoloqlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar əlaqələrin gücləndirilməsi və onların stomatologiyanın müxtəlif sahələrində iştirakının təşviqi ilə bağlı məsələlər müzakirə olunub. 

 

Azərbaycan nümayəndə heyəti konqres çərçivəsində təşkil edilən stomatoloji sənaye sərgisində də iştirak edib. Sərgidə stomatologiya sahəsində ən son məhsul, avadanlıq, texnologiya və innovativ həllər nümayiş etdirilib. Nümayəndə heyəti müasir stomatoloji texnologiyalar və sahənin yeni inkişaf istiqamətləri ilə tanış olub. 

 

Konqresin elmi proqramı çərçivəsində fəaliyyət və tədqiqat nəticələrinin nümayiş etdirilməsi məqsədilə təşkil olunan xüsusi sərgi zonasında isə ASA üzvləri tərəfindən məktəbəqədər və məktəb yaşlı uşaqların ağız sağlamlığı ilə bağlı aparılmış araşdırmaların nəticələri təqdim olunub. 

 

Təqdimatda uşaqlar arasında ağız sağlamlığının vəziyyəti, kariyes və digər diş-ağız xəstəliklərinin yayılmasına dair statistik göstəricilər, mövcud problemlər və onların qarşısının alınması istiqamətində təklif olunan həll yolları barədə ətraflı məlumat verilib. Azərbaycanın təqdimatı sərgi iştirakçıları və beynəlxalq qonaqlar tərəfindən maraqla qarşılanıb. 

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş