Qəbizlik böyrək xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər - Araşdırma
24.11.2020 15:23

Qəbizlik böyrək xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Alimlər bağırsaq bakteriyalarının böyrəklərə patologiya yaratdığını sübut ediblər.

 

Qəbizlik sadə görünən bir narahatlıq deyil. Xroniki və ya tez-tez baş verən qəbizlikdən əziyyət çəkənlər böyrək xəstəliklərinə yaxalanmaq təhlükəsi altındadırlar.

 

ABŞ-da xroniki qəbizlik şikayətləri olan 3,5 milyon insanlar arasında araşdırmalar aparılıb. Araşdırmalar zamanı qəbizlik xəstəsi olan insanların əksəriyyətinin böyrək xəstəsi olduğu aşkara çıxıb. Böyrəklərində xəstəlik olan adamlar isə anamnez zamanı uzun müddət qəbizlikdən əziyyət çəkdiklərini söyləyiblər.

 

Memfis Universitetinin nefroloqları böyrək xəstəliklərini əmələ gətirən bakteriyaların bağırsaqlar səbəbindən orqanizmdə patologiya törətdiyini söyləyirlər. Onlar bu səbəbdən bağırsaq problemlərini həll etməyi və qəbizliyi aradan qaldırmağı tövsiyə edirlər.

 

Aztibb.az Rusiya KİV-inə istinadən qəbizliyi aradan qaldıran vasitələri təqdim edir:

 

1. Küncüt toxumunu yediyiniz qidalara və ya salatlara əlavə etsəniz bağırsaqlarınızın yumşalmasına səbəb olur.
2. Çuğundur bəkməzi bağırsaqlardakı möhtəviyyatı asanlıqla yumşaldır.
3. Limonlu ilıq su bağırsaqların fəaliyyətini sürətləndirir.
4. Qatıq həzmin yaxşı getməsinə kömək edən vasitələrdəndir. Yatmazdan əvvəl hər gün 1 stəkan qatıq içmək bağırsaqların normal işləməsinə səbəb olur.
5. Banan yemək bağırsaq fəaliyyətini sürətləndirir, metobolizmə yardımçı olur.
6. Qara gavalının yatmazdan əvvəl suya qoyub, səhərlər suyu içmək və gavalını yemək bağırsaqları boşalması üçün ən yaxşı vasitədir.
7. Göbəkətrafı nahiyəni masaj etməklə bağırsaqlarınızı hərəkətə gətirə və fəaliyyətini sürətləndirə bilərsiniz.
8. Rozmarin, portağal, limon iyləmək bağırsaqların reseptorlarını qıcıqlandırır. Bu bitkilərin dəmləmələri də bağırsaqların yumşalmasına və qəbizliyin aradan qaxmasına səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib