İsrail həkimləri qocalma prosesini ləngitməyin üsulunu tapıblar - MÜHÜM KƏŞF
24.11.2020 12:13

Tel-Əviv Universiteti və Şamir Tibbi Mərkəzinin tədqiqatlarına görə, barokamerada seansdan sonra hətta keçmişdə insult və ya beyin travmaları keçirmiş insanlarda beynin fəaliyyətinin yaxşılaşması qeyd edilib.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, alimlərin fikrincə, barokamerada hiperbarik oksigenasiya (HO) seansları ciddi somatik xəstəliklər keçirməmiş yaşlı insanlarda qocalma prosesini dayandıra bilər. Bu proses yüksək təzyiq altında orqanizmin toxumalarının oksigenlə zənginləşdirilməsini nəzərdə tutur. Birmənalı olaraq sübut edilib ki, oksigenasiya qocalmanı dayandırmaq və müəyyən dərəcədə bu prosesi geri yönəltməyə qadirdir.

 

Mütəxəssislərin hesabatında deyilir: "Bizim komandamız bir neçə il ərzində barokamerada yüksək təzyiqli oksigenlə müalicə keçən yaşlı pasiyentlərin orqanizminin vəziyyətini müşahidə edib. Tədqiqatın əsas məqsədi insanın orqanizminin qocalmasına səbəb olan iki prosesi geri yönəltmək - telomerlərin (xromosom ucları) qısaldılmasının ləngidilməsi və insanın bədənində köhnə və zərər görmüş hüceyrələrin toplanmasının azaldılması.

 

Tədqiqat göstərib ki, bir neçə oksigenasiya seansından sonra telomerlərin 38% uzanması, qocalan və zərər görmüş hüceyrələrin isə 37% azalması aşkar edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib