ATU tələbələri “Poliqon”da: Hərbi hazırlıq və bacarıqlar sınaqdan keçirildi
18.09.2026 09:10

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin II kurs tələbələri 32-ci “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində iştirak ediblər. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Qeyd olunub ki, ATU nümayəndələri Tükəzban Zalova, Zəhra Nəzərova və Aytən Abdulla düşərgə çərçivəsində hərbi-idman və praktiki hazırlıq məşğələlərində iştirak edib, müxtəlif yarış və təlimlərdə öz bacarıqlarını nümayiş etdiriblər.

 

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba Olimpiya İdman Təlim-Tədris və İstirahət Kompleksində keçirilən düşərgəyə 120 gənc qatılıb. Tədbirin əsas məqsədi gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, praktiki və hərbi-idman hazırlığının gücləndirilməsi, komanda işi və liderlik bacarıqlarının inkişaf etdirilməsi olub. 

 

Proqram çərçivəsində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hazırlıq məşğələləri keçirilib. İştirakçılar “Səmti müəyyənetmə oyunu”nda da bilik və bacarıqlarını sınayıblar. 

 

Düşərgə zamanı “Vətənpərvərlik nədir?” mövzusunda təqdimatlar hazırlanıb, Vətən müharibəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Həmçinin idman yarışları, “Söz səndədir” natiqlik təlimi, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda intellektual yarış və “Məclisi-üns” bədii proqramı təşkil olunub. 

 

ATU-nun Hərbi tibbfFakültəsi tələbələrinin bu cür layihələrdə iştirakı onların praktiki hazırlığının, komanda işi və liderlik bacarıqlarının inkişafına töhfə verir.

ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Diabetlilər üçün qida seçimləri
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Daha bir tibb müəssisəsində kök hüceyrə transplantasiyasına başlanılacaq
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək