ATU tələbələri Türkiyədə beynəlxalq klinik təcrübə proqramını uğurla tamamlayıblar  
16.09.2026 16:45

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Türkiyənin nüfuzlu Dokuz Eylül Universitetində keçirilən dörd həftəlik Yay məktəbi proqramını uğurla başa vurublar.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, ATU-nun beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi proqram tələbələr üçün nəzəri biliklərin klinik praktikada möhkəmləndirilməsi, müasir tibbi yanaşmaların öyrənilməsi və beynəlxalq təcrübə qazanılması baxımından mühüm imkan yaradıb.

 

Dörd həftə ərzində tələbələr Dokuz Eylül Universitetinin müxtəlif klinika və şöbələrində praktiki hazırlıq keçiblər. Onlar təcrübəli həkim və professorların fəaliyyətini yaxından izləyib, real klinik halların qiymətləndirilməsi, diaqnostik yanaşmalar və müalicə prosesləri ilə tanış olublar.

 

Proqram çərçivəsində əldə olunan təcrübə tələbələrin yalnız peşəkar bilik və bacarıqlarının inkişafına deyil, həm də fərqli səhiyyə sisteminin təşkili və müasir klinik praktikaların öyrənilməsinə töhfə verib.

 

Yay məktəbini uğurla başa vuran ATU tələbələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, proqram ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin təşəbbüsü ilə təşkil olunub. Bu kimi beynəlxalq təcrübə proqramları ATU tələbələrinin qlobal akademik və klinik mühitə inteqrasiyasına, onların peşəkar dünyagörüşünün genişlənməsinə və gələcək həkim kimi formalaşmasına mühüm töhfə verir.

ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Qazaxda ana və körpənin həyatı xilas edilib
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Diabetlilər üçün qida seçimləri
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir  
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib