ATU-da I kurs tələbələri ilə görüşlər təşkil olunub
16.09.2026 09:42

Azərbaycan Tibb Universitetində (ATU) 2026–2027-ci tədris ilində I kursa qəbul olunan tələbələrlə ənənəvi tanışlıq görüşləri keçirilib. 

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
 
Bildirilib ki, görüşlərdə fakültə dekanları, dekan müavinləri, akademik məsləhətçilər, müəllimlər, fəal tələbələr və yeni tələbələrin valideynləri iştirak ediblər. Görüşlərin əsas məqsədi tələbələri fakültələrin tədris mühiti, daxili qaydaları və universitet həyatı ilə tanış etmək, onların yeni mühitə uğurlu adaptasiyasına dəstək olmaq olub. 

 

Tələbələri universitetə qəbul olunmaları münasibətilə I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva və Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli təbrik ediblər. 

 

Dekanlar yeni tələbələrə uğurlar arzulayaraq, onları seçdikləri ixtisasa məsuliyyətlə yanaşmağa, daim öyrənməyə və öz üzərlərində işləməyə çağırıblar. Çıxışlarda həkim və digər səhiyyə mütəxəssisi kimi formalaşmağın ilk gündən ciddi əmək, intizam və yüksək məsuliyyət tələb etdiyi vurğulanıb. 

 

Görüşlər zamanı tələbələrə universitetin tədris prosesi, davamiyyət və qiymətləndirmə sistemi, daxili intizam qaydaları, akademik məsləhət imkanları, tələbə təşkilatları, universitet klinikaları və digər imkanlar barədə məlumat verilib. 

 

ATU İctimai Nəzarət və Məsləhət Şurasının sədr müavini Aida Bəndəliyeva da görüşlərdə çıxış edərək tələbələri təbrik edib və Şuranın tələbələrin müraciət və təkliflərinin nəzərə alınmasında rolu barədə məlumat verib. 

 

Yeni tələbələrin valideynlərinə də övladlarının universitet həyatına uyğunlaşması və təhsil prosesində onlara dəstək göstərilməsi ilə bağlı tövsiyələr verilib. 

 

Görüşlərin sonunda I kurs tələbələri və onların valideynləri fakültə əməkdaşları və fəal tələbələrin müşayiəti ilə tədris korpusları, auditoriyalar və universitetin digər infrastrukturu ilə tanış olublar.

ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Qazaxda ana və körpənin həyatı xilas edilib
Dəridə səpgilər nədən xəbər verir?
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Diabetlilər üçün qida seçimləri
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir  
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib