Azərbaycan Tibb Universitetinin (ATU) 10 fəal tələbəsi 5 qitəni əhatə edən “Startup School 4: 5 Continents, 500 Startups” beynəlxalq innovasiya proqramını uğurla başa vuraraq sertifikat əldə edib.
Aztibb.az-a ATU-dan verilən xəbərə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı tərəfindən təşkil olunan qlobal proqram dünyanın müxtəlif regionlarından gənc innovatorları və startapçıları vahid innovasiya platformasında bir araya gətirib.
Proqramın əsas məqsədi gənc startapçıların qlobal innovasiya ekosisteminə inteqrasiyasına, onların beynəlxalq şəbəkələrə çıxışına, təcrübəli mentorlarla əlaqələr qurmasına və vençur fondları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək olmaqdır.
Proqram çərçivəsində iştirakçılar startapların inkişafı, innovativ ideyaların formalaşdırılması və təkmilləşdirilməsi, beynəlxalq bazarlara çıxış, mentorluq və investisiya imkanları ilə bağlı yeni bilik və təcrübələr əldə ediblər.
Sertifikat qazanan ATU tələbələri arasında Cavid Ələkbərli, Amin Əhmədov, Elturan Göyüşov, Zenfira Ağayeva, Samirə Məhərrəmova, Aydan Paşayeva, Selcan Abbaslı, Sayalı Rəcəbli, Fərid Rzayev, Jalə Zeynallı və Nihat Cabbarov yer alır.
Qlobal proqramda 10 ATU tələbəsinin uğurlu iştirakı universitet gənclərinin beynəlxalq innovasiya mühitində fəallığının və onların yeni ideyaları qlobal platformalarda təqdim etmək potensialının göstəricisidir.

