ATU rezidentinin iki elmi araşdırması beynəlxalq jurnallarda  
20.09.2026 16:42

Azərbaycan Tibb Universiteti (ATU) rezidentinin müəllifi olduğu iki elmi araşdırma beynəlxalq elmi jurnallarda dərc olunub.

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, tibbi genetika istiqamətində aparılan tədqiqatlar uşaqlarda Ailəvi Aralıq dənizi qızdırmasının (FMF) genetik və klinik xüsusiyyətlərini, eləcə də azərbaycanlı qadınlarda təkrarlanan hamiləlik itkisinin immunogenetik aspektlərini əhatə edir.

 

Rezident Vəfa Müslümovanın da müəlliflər sırasında yer aldığı “Familial Mediterranean fever in Azerbaijani children: a nationwide cohort study of genotype–phenotype association” adlı araşdırma beynəlxalq nüfuzlu “Rheumatology” jurnalında yayımlanıb. Oxford University Press tərəfindən nəşr olunan jurnal “British Society for Rheumatology”-nin rəsmi elmi nəşridir.

 

Çoxmərkəzli tədqiqat Azərbaycanın 11 regionunda fəaliyyət göstərən pediatrik və genetik ixtisaslaşmış mərkəzlərdə müşahidə olunan 349 uşağın məlumatları əsasında aparılıb. Araşdırmada pasiyentlərin klinik göstəriciləri və MEFV genindəki variantlar təhlil edilərək genotiplə xəstəliyin klinik xüsusiyyətləri arasındakı əlaqə öyrənilib.

 

Tədqiqatın nəticələrinə əsasən, Azərbaycanlı uşaqlarda ən çox rast gəlinən MEFV variantları M694V, V726A və R202Q olub. Xüsusilə M694V variantının xəstəliyin daha erkən yaşda başlaması ilə əlaqəli olduğu müəyyənləşdirilib.

 

Vəfa Müslümovanın həmmüəllif olduğu digər araşdırma isə “HLA-DR and HLA-DQ Allele Associations with Idiopathic Recurrent Pregnancy Loss in Azerbaijani Women” adı ilə beynəlxalq elmi jurnalda dərc olunub. Məqalədə azərbaycanlı qadınlarda səbəbi müəyyən edilməyən təkrarlanan hamiləlik itkisi ilə HLA-DRB1, HLA-DQA1 və HLA-DQB1 allelləri arasındakı mümkün əlaqələr araşdırılıb.

 

Hər iki tədqiqat Azərbaycan populyasiyasının genetik xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır və tibbi genetikanın müxtəlif istiqamətlərində aparılan araşdırmaların beynəlxalq elmi platformalarda təqdim edilməsinə imkan yaradır.

 

ATU rezidentinin beynəlxalq elmi nəşrlərdə müəllif kimi təmsil olunması universitetdə gənc həkim və rezidentlərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının, beynəlxalq elmi layihələrdə iştirakının və Azərbaycan populyasiyasına dair elmi məlumatların dünya elmi ictimaiyyətinə çatdırılmasının göstəricilərindən biridir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib