ATU Norveçdə keçirilən “SIG Mobility In-between Meeting 2026” adlı beynəlxalq elmi tədbirdə təmsil olunub  
14.09.2026 15:41

Azərbaycan Tibb Universiteti (ATU) Norveçdə keçirilən “SIG Mobility In-between Meeting 2026” adlı beynəlxalq elmi tədbirdə təmsil olunub. 

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, ATU-nun Nevrologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva tədbirdə “Yeni diaqnoz qoyulmuş dağınıq skleroz xəstələrində erkən multidissiplinar reabilitasiya: mövcud sübutlar və klinik yanaşmalar” mövzusunda elmi məruzə ilə çıxış edib. 

 

Məruzədə dağınıq skleroz zamanı erkən və fərdiləşdirilmiş multidissiplinar reabilitasiyanın əhəmiyyəti, funksional problemlərin vaxtında qiymətləndirilməsi və pasiyentlərin həyat keyfiyyətinin qorunmasına yönəlmiş müasir yanaşmalar təqdim olunub. 


Beynəlxalq görüş müxtəlif ölkələrdən olan mütəxəssislərlə elmi təcrübə mübadiləsi, müasir reabilitasiya yanaşmalarının müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma olub.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Qazaxda ana və körpənin həyatı xilas edilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Diabetlilər üçün qida seçimləri