Tibb Universitetinin elmi tədqiqatı III Baltik Baş Ağrısı Konqresində təqdim olunub  
14.09.2026 11:26

Azərbaycan Tibb Universitetinin (ATU) uşaq və yeniyetmələrdə baş ağrılarının öyrənilməsinə həsr olunmuş elmi tədqiqatının ilkin nəticələri III Baltik Baş Ağrısı Konqresində təqdim olunub. 

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, ATU-nun Nevrologiya kafedrasının dissertantı Sərxan Əmirquliyev konqresdə “Distribution of primary headache disorders in children and adolescents” adlı elmi işlə çıxış edib. Tədqiqat beynəlxalq mütəxəssislərin marağına səbəb olub. 

 

Elmi iş ATU-nun Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi genişmiqyaslı layihə çərçivəsində hazırlanıb. Professor Aytən Məmmədbəylinin rəhbərlik etdiyi layihənin əsas məqsədi Azərbaycan məktəblərində uşaqlar və yeniyetmələr arasında baş ağrılarının, xüsusilə miqrenin yayılma səviyyəsinin və klinik xüsusiyyətlərinin öyrənilməsidir. 

 

Tədqiqat çərçivəsində uşaq və yeniyetmələr arasında baş ağrılarının yayılması, müxtəlif baş ağrısı növlərinin xüsusiyyətləri və onların klinik göstəriciləri araşdırılır. 

 

Ümumilikdə layihənin baş ağrılarının daha erkən aşkarlanması, düzgün diaqnostikası və müalicə yanaşmalarının təkmilləşdirilməsinə töhfə verəcəyi gözlənilir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Qazaxda ana və körpənin həyatı xilas edilib
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb