Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının SƏBƏBLƏRİ
24.11.2020 11:45

Azərbaycanda COVID-19-dan ölüm hallarının artımında ən əsas səbəb xəstənin özü tərəfindən xəstəliyin düzgün idarəolunmaması, özünümüalicənin aparılmasıdır.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, son həftələrdə xəstəliyə yoluxma sayında xoşagəlməyən artım müşahidə edilir.

 

Bunun da müxtəlif səbəbləri var: “İnsanlar müharibə zamanı karantin qaydalarına əməl etməyərək sevinc və kədəri birgə qeyd etdi. Bu da yoluxmanın artmasına səbəb oldu. Digər tərəfdən, özünümüalicə də biz azərbaycanlılar üçün xasdır və insanlar buna daha çox üstünlük verirlər. Xəstələr 1 həftə-10 gün özlərini müalicə edirlər. Bu müalicə antibiotiklərdən ibarət olur. Kimsə antibiotiklərdən istifadə edib yaxşılaşıbsa, digəri də onu içib müalicə olunmağa çalışır. İnsanlar xəstəliyin əlamətləri müşahidə edilməyə başlayan kimi güclü antibiotiklərdən istifadə edirlər. Bu da xəstəliyin ağırlaşmasına səbəb olur. Amma orqanizmlər fərdi olduğundan respirator xəstəlikləri eyni qaydada müalicə edə bilmərik. Biz tövsiyə edərdik ki, hamı evindəki ehtiyat dərman qutusuna antibiotikləri əlavə etməsin. Qonşu, iş yoldaşı istifadə edib - deyə ondan istifadə etməyək. Müalicə həkim nəzarəti altında olmalıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub