Minsk Cərrahiyyə, Transplantologiya və Hematologiya Elmi-Praktik Mərkəzinin nümayəndə heyəti Mərkəzi Klinikada olub
13.09.2026 11:00
Minsk Cərrahiyyə, Transplantologiya və Hematologiya Elmi-Praktik Mərkəzinin direktoru Oleq Rummonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Mərkəzi Klinikada görüş keçirib.
Mərkəzi Klinikadan Aztibb.az-a verilən məlumata görə, nümayəndə heyətini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova başçılığı ilə nümayəndə heyəti və Belarus Respublikasının səfiri Dmitri Pineviç müşayiət ediblər.
Qonaqları salamlayan Mərkəzi Klinikanın Baş direktoru Həsən Qəndilov nümayəndə heyətini klinikada görməkdən məmnunluğunu ifadə edib və qonaqlara Mərkəzi Klinikanın fəaliyyəti və xidmətləri barədə ətraflı məlumat verib.
Nümayəndə heyəti klinikanın müxtəlif şöbələri – təcili tibbi yardım və səyyar tibbi xidmət, şüa diaqnostikası, reanimasiya şöbələri ilə yaxından tanış olub.
Mərkəzi Klinika Xəstəxanasının Baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayev qonaqlara klinikada həyata keçirilmiş və Azərbaycan səhiyyəsində, eləcə də Cənubi Qafqaz regionunda ilk dəfə baş tutmuş ürək transplantasiyası və ondan sonra qısa müddətdə həyata keçirilmiş orqan transplantologiyası əməliyyatları barədə ətraflı məlumat verib.
Görüşün sonunda qonaqlar və tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər. Nümayəndə heyəti Mərkəzi Klinikada yüksək gördükləri yüksək səviyyəli infrastruktur və xidmət şəraitindən dərin təəssürat keçirdiklərini, bu uğurun Azərbaycan səhiyyəsinin inkişafında və ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsində mühüm rol oynadığını qeyd ediblər.
Bu bölməyə aid digər xəbərlər
Minsk Cərrahiyyə, Transplantologiya və Hematologiya Elmi-Praktik Mərkəzinin nümayəndə heyəti Mərkəzi Klinikada olub
13.09.2026 | 11:00
Müharibə travması almış vətəndaş üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
12.09.2026 | 10:08
TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub
11.09.2026 | 16:37
Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib
11.09.2026 | 15:35
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
11.09.2026 | 15:23
ATU-nun epileptologiya sahəsində tədqiqatları Afinada beynəlxalq elmi ictimaiyyətə təqdim olunub
11.09.2026 | 12:34
"İqlim və sağlamlıq üçün yeni mərhələ: Antalya COP31" mövzusunda panel müzakirə təşkil olunub
11.09.2026 | 11:38
Azərbaycan və Belarus arasında orqan donorluğu və transplantasiya sahəsində memorandum imzalanıb
10.09.2026 | 14:05
“Ambucycle”lar “IRONMAN 70.3” triatlon yarışında tibbi xidmətin təşkilinə cəlb olunub
10.09.2026 | 10:49
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
09.09.2026 | 17:40
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
05.09.2026 | 08:46
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
04.09.2026 | 11:42
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
03.09.2026 | 14:18
Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib
09.09.2026 | 16:33
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
04.09.2026 | 09:51
Qazaxda ana və körpənin həyatı xilas edilib
07.09.2026 | 08:52
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
04.09.2026 | 23:44
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
04.09.2026 | 15:23
"Səhiyyə işçi qüvvəsinin planlaşdırılması və analitik sistemlərinin gücləndirilməsi" mövzusunda seminar keçirilib
07.09.2026 | 10:55
Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib
08.09.2026 | 16:05
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
07.09.2026 | 10:03
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
05.09.2026 | 11:52
Meninqokok - Həkim bu infeksiyaya qarşı ən həssas qrup barədə xəbərdarlıq edib
04.09.2026 | 10:34
Dəridə səpgilər nədən xəbər verir?
07.09.2026 | 10:26
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
07.09.2026 | 17:31

