ATU əməkdaşı Çində beynəlxalq tibbi təlimdə: patologiyada yeni təcrübə mübadiləsi  
13.09.2026 15:55

Azərbaycan Tibb Universitetinin (ATU) Patologiya kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Arzu İbişova Çinin Çenqde Tibb Universitetində (Chengde Medical University) keçirilən beynəlxalq tibbi təlim proqramında iştirak edib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, təlim çərçivəsində Arzu İbişova sözügedən universitetin Patologiya üzrə Tədris və Elmi-Tədqiqat Ofisinin direktoru Vey Yanczie ilə görüşüb. Görüş zamanı universitetin və klinikanın müxtəlif şöbələri, eləcə də Patologiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub.

Görüşdə patologiya sahəsində müasir diaqnostik yanaşmalar, tədris metodları və elmi-tədqiqat istiqamətləri üzrə fikir və təcrübə mübadiləsi aparılıb. ATU əməkdaşı müasir tibb elminin inkişafında beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini vurğulayıb.

Beynəlxalq proqram çərçivəsində A.İbişova müxtəlif tibbi və akademik istiqamətlər üzrə mütəxəssislərlə görüşlərdə iştirak edərək, müasir yanaşmalarla tanış olub, eyni zamanda ATU-nun tədris və elmi-tədqiqat fəaliyyəti ilə bağlı təcrübəsini bölüşüb.

 

Çenqde Tibb Universitetində keçirilən təlim ATU əməkdaşının beynəlxalq peşəkar əlaqələrinin genişləndirilməsi, yeni tibbi yanaşmaların öyrənilməsi və patologiya sahəsində təcrübə mübadiləsinin inkişafı baxımından əhəmiyyətli olub.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Qazaxda ana və körpənin həyatı xilas edilib
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Meninqokok - Həkim bu infeksiyaya qarşı ən həssas qrup barədə xəbərdarlıq edib
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib