Tibbi yardım çantası necə yığılmalıdır? - Əsas qaydalar
24.11.2020 11:17
Hər kəs evində çoxlu miqdarda dərman saxlayır. Bir çoxları ehtiyat üçün boğaz və hərarət salan spreylər, həblər alıb yığır. Digərləri isə ancaq xəstələndikdə dərman alırlar. Lakin evdə dərman qutusunun olması çox vacibdir. Bəs evdəki dərman qutusunda hansı dərmanların olması vacibdir?
 
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadən tibbi yardım çantası haqqında məlumatı təqdim edir.
 
Evdə olan dərmanların hamısı bir qutuda cəmləşməlidir. Hər şeydən əvvəl, dərman qutusuna yığılan dərmanların hər birinin saxlama müddətinə baxmaq lazımdır və müddəti keçmiş dərmanları mütləq qutudan çıxarıb atmaq vacibdir. Sonra isə növbə nə vaxtsa xəstələndiyiniz və müalicə aldığınız dərmanlarındır. Axı siz onlardan daha istifadə etmirsiniz. Onları da saxlamağın mənası yoxdur.
 
Dərman qutusunda yerə qənaət etmək üçün lazımsız kiçik qutular və təlimatları da ata bilərsiniz. Onları lazım gəldikdə internetdən çox asanlıqla tapa bilərsiniz. Bəs dərmanları qutuya necə yığaq ki, lazım olan an əlimizin altında olsun və bizi çaşdırmasın. Dərman qutusunda dərmanları 2 kateqoriya üzrə yığmaq lazımdır: növünə görə - həbləri ayrıca, suspenziyaları ayrıca, məlhəmləri ayrıca və s.
 
Funksiyasına görə: ağrıkəsicilər ayrıca, öskürəkdən ötrü ayrıca, ürək-damar xəstəlikləri üçün ayrıca və s. Daha rahat ikinci kateqoriyadır. Bu kateqoriya üzrə dərmanları yığarkən əvvəl ağrıkəsiciləri, temperatur salanları və iltihabı aradan qaldıran preparatları düzün. Bunlarla yanaşı respirator xəstəliklərə qarşı olan dərmanları da düzmək olar.
 
Sonra ürək-damar xəstəlikləri zamanı istifadə olunan dərmanları yığın. Bunlar hamımızın tanış olduğu Korvalol, Valerian, Nitroqliserin və Validoldur. İlk yardım kimi bu preparatlar əvəzolunmazdır. Bunlara mütləq naşatır spirti də əlavə edin. Təzyiq üçün dərmanlar da bu qutuda yer almalıdır. Yaxşı olar ki, dərman qutusunda mədə-bağırsaq pozuntuları zamanı istifadə olunan dərmanlar da olsun. Kəskin qarın və mədə ağrıları hər kəsi qəfil tuta bilər. Ona görə də, bu dərmanların əl altında olması vacibdir.
 
Dərman qutusunda vacib materiallara isə tənzifdən olan sarğı materialları, yod məhlulu, spirt, steril bintlər, pambıq, termometr, tonometr, şpris, əlcəklər və pipetkalar aiddir. Mazlar, şamlar, dəmləmələr soyuducuda ayrıca plastmas qutuda saxlanılmalıdır. Dərman qutusundakı bütün dərmanlar vaxtaşırı yoxlanılmalı, istifadə müddəti keçmiş preparatlar qutudan xaric edilməlidir.
 
Dərman qutusu uşaqlardan uzaq olmalı, adətən qaranlıq, quru, temperaturu⠀25°-dən aşağı olmayan rahat bir yerdə saxlanılmalıdır. Bu yer mətbəx, iş otağı, yataq otağı, eyvan və s. ola bilər. Lakin vanna otağında bu qutuya yer yoxdur, belə ki, buradakı rütubət dərmanların sıradan çıxmasına səbəb ola bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib