Azərbaycan və Belarus arasında orqan donorluğu və transplantasiya sahəsində memorandum imzalanıb
10.09.2026 14:05

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə Belarus Respublikasının Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Elmi-Praktiki Mərkəzi arasında orqan donorluğu və transplantasiya sahəsində ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Sənədi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova və Belarus Respublikasının Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Elmi-Praktiki Mərkəzinin direktoru, Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının üzvü (senator) Oleq Rummo imzalayıblar.
Memorandum orqan donorluğu və transplantasiya sahəsində təcrübə və məlumat mübadiləsinin aparılmasını, mütəxəssislər arasında əməkdaşlığın inkişaf etdirilməsini, qarşılıqlı səfərlərin və peşəkar inkişafın dəstəklənməsini, elmi-praktik əlaqələrin genişləndirilməsini və digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur.
Memorandumun imzalanması Azərbaycan və Belarus arasında orqan donorluğu və transplantasiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mühüm addımdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub