AQTA və AQTİ nümayəndələri Çində keçirilən beynəlxalq seminarda iştirak ediblər
10.09.2026 11:34

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələri Çin Xalq Respublikasında keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün kənd təsərrüfatı sənayesinin inkişafı və yoxsulluğun azaldılması” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.

 

AQTA-dan Aztibb.az-a bildirilib ki, seminar zamanı kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafı, aqrar innovasiyalar, yaşıl və dayanıqlı kənd təsərrüfatı, rəqəmsallaşma və kənd yerlərinin inkişafı istiqamətlərində nəzəri və praktiki təlimlər keçirilib.

 

Tədbir çərçivəsində Azərbaycanda qida təhlükəsizliyi sisteminin institusional və hüquqi əsasları, beynəlxalq standartlara uyğun inkişafı, eləcə də Azərbaycan və Çin arasında qida təhlükəsizliyi sahəsində mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri barədə təqdimat keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib