The Lancet: Bir il ərzində passiv siqaretçəkmə səbəbindən dünyada təxminən 1,7 milyon insan həyatını itirib
09.09.2026 11:51

Passiv siqaretçəkmə 2023-cü ildə dünyada təxminən 1,66 milyon insanın ölümünə səbəb olmuş ola bilər.

 

Aztibb.az xəbər verir ki, bu nəticə "The Lancet Public Health" jurnalında dərc olunan genişmiqyaslı Global Burden of Disease 2023 araşdırmasının müəllifləri tərəfindən açıqlanıb.

Alimlər 1990–2023-cü illər ərzində 204 ölkə və ərazidə passiv siqaret tüstüsünə məruz qalmanın yayılma səviyyəsini və bununla əlaqəli xəstəlik yükünü qiymətləndiriblər. Hesablamalara görə, yalnız 2023-cü ildə təxminən 2,71 milyard insan ətrafdakı insanların çəkdiyi tütünün tüstüsünə məruz qalıb. Bu, dünya əhalisinin təxminən üçdə birinə bərabərdir. Onların arasında 15 yaşadək 767 milyon uşaq olub.

Tədqiqatçılar ölüm hallarından əlavə, vaxtından əvvəl ölüm, xəstəliklər və əlillik nəticəsində 44,8 milyon sağlam həyat ilinin itirildiyini də hesablayıblar. Bütün yaş qrupları arasında bu itkilərin ən böyük payı işemik ürək xəstəliyinin üzərinə düşüb.

Xüsusilə uşaqlar passiv siqaret tüstüsünün təsirinə qarşı həssas qrup kimi qiymətləndirilib. Tədqiqat müəlliflərinin hesablamalarına görə, 2023-cü ildə başqalarının tütün tüstüsünə məruz qalma uşaqlarda təxminən 5,2 milyon aşağı tənəffüs yolları infeksiyası hadisəsi ilə əlaqəli olub.

Tədqiqatçılar vurğulayırlar ki, passiv siqaretçəkməyə məruz qalmanın təhlükəsiz səviyyəsi mövcud deyil. Ətrafdakı insanların nəfəs aldığı yanan tütün tüstüsü filtrdən keçmədiyi üçün onun tərkibində yüksək konsentrasiyada zəhərli və kanserogen maddələr olur.

Passiv siqaretçəkməyə məruz qalan insanların ümumi əhali içərisindəki payı son onilliklərdə azalsa da, əhalinin artması səbəbindən bu təsirə məruz qalan insanların mütləq sayı demək olar ki, dəyişməyib.

Araşdırmanın müəllifləri ölkələri tütün tüstüsünün təsirindən qorunmağa yönəlmiş tədbirləri gücləndirməyə, xüsusilə də uşaqlar və digər həssas qrupların passiv siqaretçəkmədən qorunmasını təmin etməyə çağırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib