Əlilliyi olan şəxslərin sosial və mədəni həyata fəal inteqrasiyasına dəstək göstərilir
09.09.2026 08:32

"İstedadlı Əlillər" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili" layihəsi çərçivəsində Qubada növbəti tədbir keçirilib.

 

Aztibb.az-a Agentlikdən verilən xəbərə görə, qonaqlar Qubanın tarixi və mədəni məkanları ilə tanış olublar. Tədbir iştirakçıları həmçinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Ziyarətçilərə 1918-ci il hadisələri və kompleksin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutudur.  Həmin ərazidə 2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə  Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. 

 

Turun sonunda keçirilən konsert proqramına qatılan  qonaqlar onlara göstərilən diqqətə görə əlaqədar təşkilatlara təşəkkürlərini bildiriblər.   

 

Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial və mədəni həyata fəal inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, yaradıcılıq və bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaratmaq, eləcə də inklüzivliyin cəmiyyətdə təşviqinə töhfə verməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib