Azərbaycanlı vəkil Dünya Tibb Hüququ Assosiasiyasının komitə üzvü seçilib  
08.09.2026 13:41

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hikmət Babayev Belçikanın Antverpen Universitetində keçirilən Dünya Tibb Hüququ Assosiasiyasının 30-cu Konqresində iştirak edib.

 

Aztibb.az-ın məlumatına görə, Hikmət Babayev konqres çərçivəsində “İnsan dölünün (embrionun) hüquqları” və “Həkim səhvləri və tibbi riskləri arasındakı sərhəd” mövzularında təqdimatlar edib. Bundan əlavə, Hikmət Babayev Dünya Tibb Hüququ Assosiasiyasının Tibbi Cinayət Hüququ Komitəsinin daimi üzvlüyünə qəbul edilib.

 

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü, tibb hüququ üzrə ekspert və alim Hikmət Babayev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasında müəllim kimi fəaliyyət göstərir. O, eyni zamanda, tibb hüququ sahəsində elmi və praktiki fəaliyyətlə məşğul olur və Səhiyyə Nazirliyi yanında Antidopinq Apellyasiya Komitəsinin üzvüdür.

 

Hikmət Babayevin tibb hüququ üzrə yerli və beynəlxalq jurnallarda 10-dan artıq elmi məqaləsi dərc olunub. Həmçinin müxtəlif beynəlxalq elmi konfranslarda tibb hüququnun aktual məsələlərinə dair məruzələrlə çıxış edib.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş