Diabetologia: 1-ci tip diabet əslində iki fərqli xəstəlik ola bilər
08.09.2026 12:25

ABŞ və Böyük Britaniya alimləri 1-ci tip şəkərli diabetin vahid bir xəstəlik deyil, iki fərqli bioloji mexanizmlə inkişaf edən müstəqil yarımnöv ola biləcəyini müəyyən ediblər.

 

Aztibbb.az xəbər verir ki, "Diabetologia" jurnalında dərc olunan genişmiqyaslı genom assosiasiyası tədqiqatında (GWAS) 1-ci tip diabetdən əziyyət çəkən 9 000-dən çox pasiyent və 14 000-dən artıq nəzarət qrupu iştirakçısının genetik göstəriciləri təhlil edilib. Nəticələr göstərib ki, xəstəliyin inkişaf riski ilə birbaşa əlaqəli olan HLA-DR3 və HLA-DR4 genetik variantları arasında ciddi molekulyar fərqlər mövcuddur.

 

Tədqiqatçıların gəldiyi qənaətə görə, bu iki genetik qrupda xəstəliyin bioloji inkişaf yolları tamamilə fərqli immun mexanizmlərlə reallaşır. Belə ki, HLA-DR3 variantı daşıyıcılarında iltihab və allergik reaksiyalara cavabdeh olan toxuma bazofilləri (tutqun hüceyrələr / semiz hüceyrələr) ön plana çıxdığı halda, HLA-DR4 variantında mədəaltı vəzinin beta-hüceyrələrini birbaşa məhv edən T-limfositləri aparıcı rol oynayır. Alimlər qeyd edirlər ki, HLA-DR3 və HLA-DR4 fonunda yaranan 1-ci tip diabet arasındakı genetik fərq şizofreniya ilə bipolyar pozuntu arasındakı fərq qədər dərindir.

 

Bu kəşf 1-ci tip diabetin təyinatı və müalicəsinə yanaşmanı kökündən dəyişə bilər. Əgər xəstəliyin yaranması müxtəlif patoloji zəncirlərə əsaslanırsa, müalicə və profilaktika üsulları da pasiyentin genetik profilinə uyğun olaraq fərdiləşdirilməlidir. Mütəxəssislər gələcəkdə yeni diabet dərmanlarının kliniki sınaqlarının məhz bu genetik qruplar üzrə ayrıca aparılmasını və xəstəliyin inkişaf riskinin proqnozlaşdırılmasında HLA-DR3/DR4 statusunun mütləq nəzərə alınmasını təklif edirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib