Bacı qardaşına öz böyrəyini bağışlayaraq həyat verdi
31.08.2026 08:52

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyent bacısının fədakarlığı sayəsində yenidən sağlam həyatına qovuşub.

 

Aztibb.az xəbər verir ki, əməliyyatı icra edən ümumi cərrah, transplantoloq Tariyel Nadirovun sözlərinə görə, xəstəliyin son mərhələsində olan pasiyentə bacısı könüllü olaraq donorluq etmək qərarına gəlib:

 

"Uzun müddət xroniki böyrək çatışmazlığı ilə mübarizə aparan xəstəmizin vəziyyəti son mərhələyə çatdıqda, bacısı heç bir tərəddüd etmədən ona donor olmaq istədi. Təxminən 5 gün əvvəl həyata keçirdiyimiz böyrək köçürülməsi əməliyyatı tam uğurla yekunlaşdı. Sevindirici haldır ki, köçürülən böyrək elə əməliyyat masasındaykən dərhal fəaliyyətə başladı".

 

Həkim əməliyyatdan sonrakı bərpa prosesinin də qüsursuz keçdiyini qeyd edib: "Donor olan bacının vəziyyəti tam qənaətbəxş olduğu üçün əməliyyatın 3-cü günündə artıq onu evə yazdıq".

 

Bu uğurlu transplantasiya orqan donorluğunun insan həyatını xilas etmədə nə dərəcədə mühüm rol oynadığını bir daha nümayiş etdirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza