Hadrut qəsəbə sakinləri üçün növbəti səyyar tibbi müayinə təşkil olunub
25.08.2026 11:13

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən Hadrut qəsəbə sakinləri üçün növbəti səyyar tibbi müayinə təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Beyləqan RMX-dan məlumat verilib.

 

Bildirilib ki, müayinələr zamanı nevroloq, terapevt, kardioloq, pediatr, ginekoloq və laborant mütəxəssislər iştirak edərək sakinlərin sağlamlıq vəziyyətini qiymətləndiriblər. Vətəndaşlara müxtəlif istiqamətlər üzrə tibbi müayinələr aparılıb, zəruri laborator müayinələr həyata keçirilib və sağlamlıqlarının qorunması ilə bağlı müvafiq tövsiyələr verilib.

 

Səyyar tibbi müayinə zamanı ümumilikdə 17 nəfər sakinə 90-dan çox tibbi xidmət göstərilib.

 

Bu cür səyyar müayinələrin təşkili əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılmasına, xəstəliklərin erkən aşkarlanmasına və sakinlərin sağlamlıq vəziyyətinin mütəmadi nəzarətdə saxlanılmasına mühüm töhfə verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub