ATU cəmiyyətin həssas qrupları üçün səyyar stomatoloji xidmətin təşkilini davam etdirir  
20.08.2026 15:24

Azərbaycan Tibb Universiteti (ATU) Tədris Stomatoloji Klinikası cəmiyyətin həssas qruplarına stomatoloji xidmətlərin əlçatanlığının artırılması və ağız-diş sağlamlığının qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, bu istiqamətdə Tədris Stomatoloji Klinikası  tərəfindən növbəti səyyar stomatoloji xidmət reallaşdırılıb. 

 

Səyyar xidmət çərçivəsində 27 uşaq stomatoloji müayinədən keçirilib. Müayinə zamanı stomatoloji problemlər müəyyən edilib, təcili tibbi müdaxiləyə ehtiyacı olan uşaqlara yerində zəruri stomatoloji yardım göstərilib və göstərişə əsasən diş çəkimləri həyata keçirilib. Klinika şəraitində müalicəyə ehtiyacı olan uşaqlar isə əlavə müayinə və müalicənin davam etdirilməsi məqsədilə Tədris Stomatoloji Klinikaya dəvət olunublar. 

 

Müayinə zamanı sağlam olan uşaqlar da müəyyən edilib və onlara ağız və diş sağlamlığının qorunması, düzgün gigiyena və profilaktik müayinələrin əhəmiyyəti barədə məlumat verilib. 

 

Qeyd edək ki,  yay ərzində də davam edən və Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin Nabran istirahət düşərgəsində baş tutan aksiyaya isə 30 uşaq cəlb edilib. 

Aksiya çərçivəsində düşərgədə istirahət edən uşaqlar stomatoloji müayinədən keçirilib, ehtiyacı olan uşaqlara terapevtik və profilaktik stomatoloji xidmətlər göstəriib, müvafiq tibbi tövsiyələr, maarifləndirici məlumatlar verilib. 

 

Xatırladaq ki, səyyar xidmətdə iştirak edən heyətin tərkibində stomatoloqlar  Nərgiz Musayeva, Günel Kərimli, Özəl sığorta və səyyar xidmətin rəhbəri Rəna Məmmədova ilə yanaşı, tibb bacıları Leyla Əsgərli, Səbirə Zahidova da yer alıb. 
ATU-nun Tədris Stomatoloji Klinikası tərəfindən artıq ənənə halını alan səyyar stomatoloji xidmət ilboyu davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır