Cəmi bir iynə "pis" xolesterini yarıdan çox azalda bilər - Yeni tibbi metod
17.08.2026 10:02

Xolesterinin səviyyəsinin aşağı salınması qidalanmanın korreksiyası və sağlam həyat tərzinə riayət olunmasını, yəni uzunmüddətli kompleks yanaşmanı tələb edir. Bu baxımdan alimlərin təklif etdiyi yeni inyeksiya üsulu ilə qandakı “pis” xolesterinin səviyyəsini 62%-ə qədər azaltmaq mümkündür.

Aztibb.az "The New England Journal of Medicine (NEJM)" nəşrinə istinadən yazır ki, London Universitet Kollecində aşağı sıxlıqlı lipoproteinlərin (LDL) — başqa sözlə, “pis” xolesterinin konsentrasiyasının genlərin redaktə edilməsi yolu ilə tənzimlənməsinə əsaslanan yeni terapiya təklif edilib. Bu texnologiya VERVE-102 preparatının birdəfəlik tətbiqini nəzərdə tutur. Preparat qaraciyərdə PCSK9 zülalının istehsalına cavabdeh olan geni neytrallaşdırır. Məhz bu zülal LDL-in orqanizmdən sərbəst şəkildə xaric olunmasına mane olur.

Qeyd edək ki, təbii olaraq PCSK9-un qeyri-aktiv formasına malik insanlarda “pis” xolesterinin səviyyəsi bütün həyatları boyu aşağı qalır. Buna görə də onlarda ürək-damar xəstəliklərinin inkişaf ehtimalı da minimal olur.

İngiltərə alimləri hiperkolesterinemiya və ya erkən işemik ürək xəstəliyi diaqnozu qoyulmuş 35 pasiyentin iştirakı ilə klinik tədqiqat aparıblar. Onlara yeni gen terapiyası tətbiq edilib.

Məlum olub ki, VERVE-102-nin maksimal dozasının cəmi bir dəfə inyeksiya edilməsi LDL səviyyəsini orta hesabla 62% azaldıb. Üstəlik, əldə olunan nəticə tədqiqat iştirakçılarının 18 ay ərzində müşahidəsi zamanı qorunub.

Ciddi əlavə təsirlər demək olar ki, qeydə alınmayıb. Könüllülərdə infuziyaya qarşı yüngül reaksiyalar, həmçinin qaraciyərin fəaliyyətində qısamüddətli dəyişikliklər müşahidə olunub. Lakin bunlar heç bir ağırlaşmaya səbəb olmayıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, hazırladıqları texnologiya yüksək xolesterini olan pasiyentləri statinləri və digər bu kimi preparatları ömürboyu qəbul etmək zərurətindən azad edə bilər. Bununla belə, yeni metodun geniş tətbiqinə keçməzdən əvvəl daha böyük miqyaslı klinik sınaqların keçirilməsi tələb olunur. 

Material yalnız məlumatlandırma məqsədi daşıyır. Məqalənin məqsədi müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə aparılmış elmi kəşflər haqqında məlumat verməkdir. Dərman preparatlarının, bioloji aktiv qida əlavələrinin (BAƏ), xalq təbabətində istifadə olunan vasitələrin qəbulu ilə bağlı bütün qərarlar mütləq həkimlə razılaşdırılmalıdır.


Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə: İxtisas seçimi başladı
TƏBİB beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlər keçirir
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Dermatovenerologiya ixtisası: elmi-tibbi hazırlıq, müasir diaqnostika və müalicə yanaşmaları
II sinif skelet anomaliyasının korreksiyası məqsədilə xəstə üzərində ortognatik cərrahiyyə əməliyyatı icra olunub
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib