Dərmandan daha böyük missiya: Əczaçılıq ixtisası
16.08.2026 13:47

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin tələbələri təhsil aldıqları ixtisasın imkanlarını və perspektivlərini daha geniş auditoriyaya çatdırmaq məqsədilə videotəqdimat hazırlayıblar. 

 

Aztibb.az xəbər verir ki, əczaçılıq ixtisasına marağın artırılması və bu sahəni seçmək istəyən abituriyentlərə daha ətraflı məlumat vermək məqsədi daşıyan təqdimatda tələbələr öz təcrübələri əsasında ixtisasın üstünlüklərindən söz açaraq, gələcək həmkarlarına faydalı tövsiyələrini də çatdırıblar.

 

Həmçinin tələbələr Əczaçılıq ixtisasının mahiyyəti, əczaçı peşəsinin səhiyyə sistemində rolu və bu sahədə təhsil almağın üstünlükləri barədə fikirlərini bölüşüblər. Onlar gələcək əczaçı kimi əldə etdikləri bilik və bacarıqlar, universitetdə yaradılan təhsil imkanları, praktiki hazırlıq prosesi və peşəkar inkişaf perspektivləri haqqında məlumat veriblər. 

 

Qeyd olunub ki, əczaçılıq yalnız dərman preparatlarının hazırlanması və satışı ilə məhdudlaşmayan, insan sağlamlığının qorunmasında mühüm rol oynayan çoxşaxəli bir sahədir. Müasir əczaçıdan dərman vasitələrinin xüsusiyyətlərini dərindən bilmək, onların düzgün istifadəsi ilə bağlı pasiyentləri məlumatlandırmaq, məsuliyyətli və peşəkar yanaşma nümayiş etdirmək tələb olunur. 

 

ATU-nun Əczaçılıq fakültəsində təhsil alan tələbələrin hazırladığı bu təqdimat həm ixtisasın tanıdılmasına, həm də əczaçı peşəsinin əhəmiyyətinin diqqətə çatdırılmasına xidmət edir. 

 

Əczaçılıq ixtisasını seçmək, səhiyyənin mühüm istiqamətlərindən birində peşəkar gələcəyə addım atmaq deməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır