Qızılca peyvəndi sxemlərinin qiymətləndirilməsi üçün yeni model hazırlanıb
12.08.2026 14:19

Seçenov Universitetinin alimləri qızılca epidemiyasını modelləşdirməyə və müxtəlif peyvənd sxemlərinin uzunmüddətli effektivliyini qiymətləndirməyə imkan verən agent-əsaslı model hazırlayıblar.

Aztibb.az TASS agentliyinə istinadən yazır ki, model demoqrafik və miqrasiya proseslərini, yaş qrupları üzrə təmasları, ana və peyvənddən sonrakı immuniteti nəzərə alır. Alimlərin fikrincə, bu yanaşma mövcud modellərlə müqayisədə epidemiyanın yayılmasını daha dəqiq proqnozlaşdırmağa imkan verir.

Tədqiqat çərçivəsində üç peyvənd sxemi müqayisə olunub. Nəticələr göstərib ki, ilk dozanın 12 ay əvəzinə 9 aylığında vurulması ən effektiv variantdır. Bu sxem standart peyvənd təqvimi ilə müqayisədə uzunmüddətli xəstələnməni 2,5 dəfə, epidemiya piklərini isə 2 dəfə azaldıb. Əlavə olaraq, 18 yaşda tətbiq edilən buster doza isə əhəmiyyətli üstünlük göstərməyib.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu model gələcəkdə qızılca ilə mübarizədə daha effektiv peyvənd strategiyalarının hazırlanmasına kömək edə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır