ABŞ-da baş tutan toy 7 nəfərin COVID-19-dan ölümü, yüzlərlə insanın yoluxması ilə nəticələndi
23.11.2020 10:50

ABŞ-ın Men ştatında keçirilən toy mərasimi koronavirusun kütləvi yayılmasına səbəb olub.

 

Aztibb.az www.metronews.ru saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə mərkəzi bildirib.

 

Məlumata görə, mərasimdən sonra ümumilikdə 177 nəfərdə COVID-19 qeydə alınıb, 7 nəfər ölüb.

 

Təşkilat virusa yoluxmanı təhlil edib və müəyyənləşdirib ki, bütün yoluxma halları 55 qonağın olduğu toy mərasimi ilə bağlıdır.

 

Mərasimin iki iştirakçısı toydan beş gün sonra koronavirusla bağlı müsbət test alıb. Növbəti gün daha üç insan simptomlardan şikayət edib. Sonra 55 qonaqdan 27-də koronavirus aşkarlanıb, həmçinin toyun keçirildiyi restoranın əməkdaşlarında da virus qeydə alınıb. COVID-19 sonra bu insanların ətrafına yayılmağa başlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər