"12 saatdan çox ac qalmaq..." - Genetikdən AÇIQLAMA
23.11.2020 09:51

İngilis genetik-alim Tim Spektor sağlam yemək haqqında üç məşhur qaydanı alt-üst edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

 

Mütəxəssis səhər yeməyinin məcburi olmadığını və onsuz da keçinə biləcəyimizi bildirib. Onun sözlərinə görə, 12 saatdan çox ac qalmaq sağlamlığımıza yaxşı təsir edir. Alim əlavə edib ki, insulin səviyyəsinin aşağı olması sürətlə arıqlamağa kömək edəcək. Spektor onu da qeyd edib ki, balığın insan səhhətinə faydası şişirdilib. Genetikin sözlərinə görə, balığın tərkibindəki Omeqa-3 turşularının beyinə təsiri hələ tam müəyyənləşməyib.

 

Bundan əlavə, T. Spektor duzun "ağ ölüm" olduğuna dair populyar inamı rədd edib. Onun sözlərinə görə, sağlam insanlar duzun miqdarı artdıqda və ya azaldıqda səhhətlərində dəyişiklik müşahidə edilmir.

 

Xatırladaq ki, Beynəlxalq Qidalanma Psixiatriya Tədqiqatları Cəmiyyətinin rəhbəri Felice Caka balanslı, sağlam qidalanmanın narahatlığı və depressiyanı azalda biləcəyini söyləmişdi. O, vurğulayıb ki, yağ və şəkəri çox olan qidalar əhval-ruhiyyəni pisləşdirə bilər. F. Caka Aralıq dənizi pəhrizini yüksək əhval-ruhiyyə üçün ən yaxşı qidalanma növü adlandırıb və pəhrizin həddindən artıq yeməyin qarşısını almaqda təsirli olduğunu bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib