ATU doktorantının elmi ixtirasına Avrasiya patenti verildi  
01.08.2026 12:39

Azərbaycan Tibb Universiteti (ATU) doktorantının dissertasiya tədqiqatı əsasında hazırladığı “Hipertireoz zamanı radioaktiv yod terapiyasından sonra metabolik ağırlaşmaların inkişaf riskinin proqnozlaşdırılması üsulu” adlı ixtiraya Avrasiya patenti təqdim edilib.

 

Aztibb.az xəbər verir ki, doktorant Ayan Məmmədova tərəfindən reallaşdırılan tədqiqat “Qalxanabənzər vəzin patologiyalarında radioaktiv yod müalicəsinin metabolik proseslərə təsiri” mövzusunu əhatə edib. 

 

Yeni üsul radioaktiv yod terapiyası alan xəstələrdə müalicədən əvvəl metabolik ağırlaşmaların yaranma riskini proqnozlaşdırmağa imkan verən elmi modelə əsaslanır. 

 

Hazırlanmış proqnostik model risklərin erkən müəyyənləşdirilməsinə, xəstələr üçün fərdi müalicə yanaşmasının seçilməsinə və kliniki müşahidənin daha effektiv təşkilinə şərait yaradır. 

İxtira qalxanabənzər vəzin patologiyalarının müalicəsində fərdiləşdirilmiş tibbi yanaşmanın inkişafına mühüm elmi töhfə hesab olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub