DİM sərgisində ATU stendinə böyük maraq
30.07.2026 12:38

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində Azərbaycan Tibb Universitetinin (ATU) stendi ziyarətçilərin ən çox maraq göstərdiyi guşələrdən biri olub. 

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, ATU-nun stendini ziyarət edənlər arasında ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlər və onların valideynləri üstünlük təşkil edib. Universitetin nümayəndələri gələcək tələbələrə ATU-da həyata keçirilən tədris prosesi, fakültələr, ixtisaslar, beynəlxalq əməkdaşlıq proqramları, klinik bazalar, elmi fəaliyyət və tələbələr üçün yaradılmış imkanlar barədə ətraflı məlumat veriblər. Ziyarətçilərin çoxsaylı sualları cavablandırılıb, onlara qəbul qaydaları və universitetdə təhsil perspektivləri ilə bağlı geniş izahat təqdim olunub. 

 

Sərgi çərçivəsində ATU-nun stendini Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də ziyarət edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin stendi ilə tanış olduqdan sonra ATU-nun sərgi guşəsinə də baş çəkən rektor universitetin nümayiş etdirdiyi təqdimat materialları ilə maraqlanıb və nümayəndələrlə səmimi söhbət aparıb. 

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında təsis edilib. Bu baxımdan, BDU-nun tibb fakültəsinin tarixi ənənələrinin varisi olan ATU artıq bir əsrə yaxın akademik irsi, zəngin elmi məktəbi və yüksəkixtisaslı tibb kadrlarının hazırlanması sahəsində formalaşmış təcrübəni yaşadaraq inkişaf etdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır