“Rezident həyatı yaşa-5”: gələcəyin həkimləri real klinik mühitdə peşə təcrübəsi qazandılar
29.07.2026 14:16

Azərbaycan Tibb Universitetində (ATU) gələcəyin həkimləri üçün praktiki təcrübə platforması rolunu oynayan “Rezident həyatı yaşa-5” layihəsi uğurla başa çatıb.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, tələbələrin klinik vərdiş ilə peşə yoluna daha hazırlıqlı addımlamasına xidmət edən layihədə ATU-nun I və II Müalicə-profilaktika fakültələrinin III, IV və V kurs tələbələri iştirak ediblər. 

 

Tibbi təhsil prosesində əldə edilən nəzəri biliklərin praktik fəaliyyətlə tamamlamasına imkan yaradan layihə bu il də böyük maraqla qarşılanıb. Layihə iştirakçıları müxtəlif tibb müəssisələrində real klinik mühitlə tanış olub, həkim və rezidentlərin gündəlik fəaliyyətini izləyərək gələcək peşə istiqamətləri barədə daha dolğun təsəvvür əldə ediblər.

 

Ümumilikdə 110 tələbənin qatıldığı layihənin həyata keçirilməsinə ATU Tədris Cərrahiyyə Klinikası, ATU Onkoloji Klinikası, Modern Hospital, Avropa Beynəlxalq Hospital və Respublika Dəri-Zöhrəvi Mərkəzi dəstək göstərib. 

 

Bu müəssisələrdə müxtəlif şöbələrin fəaliyyətini yaxından izləyən iştirakçılar klinik yanaşmaları öyrənib və həkimlik fəaliyyətinin məsuliyyətlərini müşahidə etmək imkanı qazanıblar.

 

Praktik məşğələlər 17 ixtisas istiqamətini əhatə edib. Tələbələr neyrocərrahiyyə, kardiocərrahiyyə, radiologiya, urologiya, mamalıq və ginekologiya, oftalmologiya, pediatriya, anesteziologiya və reanimatologiya, qastroenterologiya, kardiologiya, nevrologiya, dermatovenerologiya, ümumi cərrahiyyə, endokrinologiya, onkoginekologiya, təcili tibbi yardım və plastik-rekonstruktiv cərrahiyyə sahələrində praktiki təcrübələr əldə ediblər.

 

Artıq ənənəvi xarakter daşıyan “Rezident həyatı yaşa” layihəsi tələbələrin gələcək həkimlik fəaliyyətinə daha hazırlıqlı başlamasına, klinik düşüncə və praktiki vərdişlərinin formalaşmasına mühüm töhfə verir. 

Layihə tələbələrin müxtəlif ixtisasların xüsusiyyətlərini yaxından tanımaqla, yalnız tibbi biliklərini deyil, həm də real klinik mühitdə qərarvermə, komanda işi və peşə məsuliyyəti bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradıb. 

 

Qeyd edək ki, tələbələrin böyük marağına səbəb olan “Rezident həyatı yaşa” layihəsinin müəllifi ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzovdur

 
 
 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır