ATU tələbəsi Dövlət Proqramının qalibi oldu
27.07.2026 08:23

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin tələbəsi Cəmilə Əlizadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub. 

Aztibb.az xəbər verir ki, Dövlət Proqramı ölkənin dayanıqlı inkişafını təmin edəcək yüksəkixtisaslı insan kapitalının formalaşdırılması, beynəlxalq təcrübəyə malik peşəkar kadrların hazırlanması və Azərbaycanın elmi-təhsil potensialının gücləndirilməsi məqsədini daşıyır. Bu çərçivədə Cəmilə Əlizadə Böyük Britaniyanın dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Imperial College London Universitetinin “MSc in Public Health” magistr proqramında təhsil alacaq. 

İctimai səhiyyə sahəsində beynəlxalq səviyyədə əldə olunacaq bilik və bacarıqlar Azərbaycanın səhiyyə sisteminin inkişafına, əhalinin sağlamlığının qorunmasına və sübuta əsaslanan səhiyyə siyasətlərinin formalaşdırılmasına töhfə verəcək. Bu uğur eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü məqsədi – “Sağlam həyatın təmin edilməsi və rifahın təşviqi”, 4-cü məqsədi – “Keyfiyyətli təhsil” və 17-ci məqsədi – “Məqsədlər naminə tərəfdaşlıq” istiqamətlərinə uyğun olaraq qlobal bilik və təcrübənin ölkəmizə gətirilməsinin əhəmiyyətini bir daha nümayiş etdirir. 

Qeyd edək ki, bu il İctimai səhiyyə istiqaməti üzrə Dövlət Proqramının qalibi seçilən cəmi iki namizəddən biri məhz Azərbaycan Tibb Universitetinin tələbəsidir. Bu nəticə ATU-da formalaşan güclü akademik mühitin, tələbələrin elmi potensialının və universitetin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis hazırlığına verdiyi töhfənin bariz göstəricisidir. 

ATU məzununun qazandığı uğur onun yüksək akademik göstəricilərinin, məqsədyönlülüyünün, əzmkarlığının və ictimai səhiyyə sahəsinə sadiqliyinin məntiqi nəticəsidir. 
 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır