"Abşeron” mədə-bağırsaq sanatoriyasında hansı xidmətlər göstərilir?
10.08.2022 18:45

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyindəki "Abşeron” mədə-bağırsaq sanatoriyası Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir.

 

Aztibb.az xəbər verir ki, sanatoriya iki korpus üzrə 188 çarpayıya, 21 ikinəfərlik lüks kateqoriyalı, 67 ikinəfərlik birotaqlı və 6 birnəfərlik nömrələrə malikdir. Burada böyük və kiçik konfrans zalları, istirahət otaqları, yeməkxana, həmçinin tennis meydançası, hovuz, geniş istirahət parkı və s. mövcuddur.

 

Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.

 

Tibbi göstərişlər
- Mədə və 12 barmaq bağırsağın xorası
- Xroniki qastritlər
- Xroniki kolit və enterekolit
- Xroniki xolesistit
- Xroniki hepatit
- Mədə və öd kisəsinin əməliyyatdan sonrakı vəziyyəti
- Xroniki pankreatit
- Şəkərli diabet

Tibbi əks-göstərişlər
- Kəskin fazada olan bütün xəstəliklər
- Epilepsiya
- Psixiki pozuntular
- Onkoloji xəstəliklər
- Hipertoniya xəstəliyi, III dərəcə
- Çanaq boşluğu orqanlarının zədələnməsindən sonra əmələ gələn funksional pozuntular (sidik və nəcisin saxlanılmaması)

Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Təbii yod-brom vannaları daxil olmaqla, balneoloji müalicəxana
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Naftalan terapiyası
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- İqlim terapiyası

Müalicə nəticələri təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur.

Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
- Uroloq
- Ginekoloq
- Nevropatoloq

 

Əlaqə nömrələri: (+994 12) 454 35 30, 454 23 50

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub